Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var
Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1973-cü il təvəllüdlü Ramiz Aydın oğlu Rzayevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü Azər Zülfüqar oğlu Quliyev isə ağır bədən xəsarətləri alıb.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb olduğu ehtimal olunur.
Oxşar xəbərlər
Pula görə bıçağı sevgilisinin ürəyinə sancdı - Keçmiş qadın polisin CİNAYƏT İŞİ - FOTO
2018-ci il oktyabrın 20-i saat 22-də Xırdalan şəhərində, Heydər Əliyev parkında musiqi məktəbinin arxasında 1979-cu il təvəllüdlü Ramiz Hüseynovun meyiti aşkar...