Gədəbəydə dəhşətli qəza: "06" parça-parça oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəy rayonunda ağır yol qəzası qeydə alınıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. İlkin məlumata görə, kəndlər arası sərnişin daşıma ilə məşğul olan mikroavtobusla minik maşını toqquşub.
Hadisə nəticəsində bir nəfər, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Səfərov Azər Bayram oğlu dünyasını dəyişib. 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 1985-ci il təvəllüdlü İsmayılov Şahin Şamil oğlu və 1967-ci il təvəllüdlü Şəmilova Şəhla İsgəndər qızı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Digər yaralılar - 2002-ci il təvəllüdlü Abbasov Coşqun Ələkbər oğlu, 1985-ci il təvəllüdlü Budaqov Emin Zakir oğlu, Ələkbərov Ağa Ələkbər oğlu, Məmmədəliyeva Mənzər Mikayıl qızı, Sadıqova Solmaz İslam qızı yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda avtomobil qatarla toqquşdu - yaralılar var - FOTO
Tovuz rayonunda ağır yol qəzası baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində baş verib. "VAZ 2106" markal...