"06"nı ağaca çırpdı - Qadın sərnişin ağır xəsarət aldı - FOTO

06nı ağaca çırpdı - Qadın sərnişin ağır xəsarət aldı - FOTO
Foto
Hadisə 368

Gəncədə ağır yol qəzası qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin DOS 102 Xəqani küçəsi adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə şəhər sakini 1972-ci il təvəllüdlü Nağıyev Rövşən Telman oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobili çinar ağacına çırpıb. Nəticədə sürücü və maşında olan qadın sərnişin 1974-cü il təvəllüdlü Muradova Natavan Qaraxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşın xəstəxanalardan birinə gətirilib. Qəzaya səbəb kimi avtomobilin yüksək surətlə idarə edilməsi ehtimal olunur.

Oxşar xəbərlər

Son xəbərlər