Azərbaycanda avtomobil qatarla toqquşdu - yaralılar var - FOTO
24
yan
2020
08:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndində baş verib.
"VAZ 2106" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmayılov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alıblar.
Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Qalereya
Oxşar xəbərlər
"Shachman" taksini əzdi - Yaralılar var
Yevlax rayonunda yol qəzası baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə...