Gecə ata ilə qızı döyüb xəstəxanalıq etdilər

26
noy
2019
11:25
Masazırda gecə saatlarında ata ilə qızı döyülüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində naməlum şəxslər ata ilə qızı döyüblər.
Döyülən şəxslər ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
1966-cı il təvəllüdlü Əhmədov Əfqan Süleyman oğluna alt çənənin sınığı və 1994-cü il təvəllüdlü Ramazanova Aysel Əfqan qızına isə burun sınığı diaqnozu qoyulub.
Hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.
Oxşar xəbərlər
Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər
Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib. Evinin...
