Ermənistan ordusunun hərbi hissəsi yernən bir oldu: xeyli sayda ölən və yaralanan var

Ermənistan ordusunun hərbi hissəsi yernən bir oldu: xeyli sayda ölən və yaralanan var
Hadisə 2218
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar. Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib.Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib.Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.BAKU.WS

Son xəbərlər