Ermənistanda hərbi hissədə partlayış

Ermənistanda hərbi hissədə partlayış
Hadisə 1074
 

Hərbi hissədə partlayış nəticəsində Ermənistan ordusunun üç əsgəri yaralanıb.

BAKU.WS "Report”A istinadən xəbər verir ki, sosial şəbəkələrdə Ermənistan ordusunun hərbi hissələrindən birinin işğal olunmuş Cəbrayıl rayonu ərazisindəki poliqonda keçirdiyi taktiki təlim zamanı partlayışın baş verməsi barədə məlumat yayılıb.

İlkin məlumata görə, ehtiyatsızlıq səbəbindən qumbaranın partlaması nəticəsində 3 hərbi qulluqçu müxtəlif dərəcəli qəlpə yaraları alıb.

Cəbrayıldakı hərbi hospitala qardaşı oğluna baş çəkməyə gələn Qriqoriy V. adlı şəxs hadisə barədə sosial şəbəkələrdə şərh yazıb. Onun sözlərinə görə, partlayış nəticəsində bir nəfər əsgərin əli amputasiya edilib.

Digər iki hərbi qulluqçudan biri ağır, o biri isə yüngül qəlpə yaraları alıb.

BAKU.WS

Oxşar xəbərlər

Erməni hərbi qulluqçusu minaya düşdü

Erməni hərbi qulluqçusu minaya düşdü

Mayın 4-də Ermənistanın hərbi qulluqçusu Tavuş əyalətində minaya düşüb. BAKU.WS erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazir...

1185 Hadisə 21:13 04 may 2017

Son xəbərlər