Ermənistanda Serj Sarqsyana qarşı daha bir CİNAYƏT İŞİ

Ermənistanda Serj Sarqsyana qarşı daha bir CİNAYƏT İŞİ
Hadisə 89

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

Məlumata görə, 2008-ci ilin fevralında Sarqsyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumatlara görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyandır) ilə birlikdə 2.9 milyon dollar məbləğində rüşvət alıb. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəlinib.

İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Xatırladaq ki, Serj Sarqsyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən "Flash" şirkətinin mühafizəsi, ikincisi İrəvandakı "Yerablur" hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının II Aşıqlı kəndinin ərazisindən keçən hissəsində...

39 Hadisə 23:12 15 avqust 2026

Son xəbərlər