Ər arvadını boşandığı üçün xəstəxanada döydü, bıçaqlayıb öldürdü
11
okt
2019
15:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqanda ər arvadını bıçaqlayaraq öldürüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon xəstəxanasında baş verib.Beyləqan rayon sakini, 25 yaşlı Könül Bəhmən qızı Bəhrəmli boşandığı üçün əri tərəfindən bıçaqlanıb.Tibb bacısı işləyən qadının əri onun işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib.Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.Faktla bağlı cinayət işi açılıb.Polis qatil əri axtarır.
Oxşar xəbərlər
Bakıda ər arvadını uşaqlarının gözü qarşısında vəhşicəsinə qətlə yetirdi - FOTO
Bakıda ər arvadını qətlə yetirib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınıb.Nica...