Bakıda ər arvadını uşaqlarının gözü qarşısında vəhşicəsinə qətlə yetirdi - FOTO

06
okt
2019
22:02
Bakıda ər arvadını qətlə yetirib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınıb.Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
"Azərbaycanı və azərbaycanlıları sevirəm!" - Erməni qadından İNANILMAZ ETİRAF - VİDEO
Əslən Gəncədən olan, Qarabağ münaqişəsindən sonra Rusiyanın Rostov şəhərinə köçən erməni qadın Lyubov İvanovna Azərbaycanla bağlı inanılmaz etiraflar edib.BAKU....
