Masallıda ər arvadını öldürdü

Masallıda ər arvadını öldürdü
Hadisə 1701
Masallı rayonunda qətl hadisəsi baş verib.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini, 1974-cü il təvəllüdlü Nicat Şəbiyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günay Şəbiyevanı bıçaqlayıb.Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.Hadisəni törədən şəxs polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.BAKU.WS

Son xəbərlər