Bakıda ər arvadına 14, baldızına isə 5 bıçaq zərbəsi vurub

02
sen
2019
23:29
Binəqədi rayonunda ailə münaqişəsi zəmnində bıçaqlanma hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.Belə ki, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb. Daha somra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb. Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.Həkimlərin APA-ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Oxşar xəbərlər
Döydülər, sonra bıçaqladılar – FOTO
Tovuz rayonunda bıçaqlanma faktı qeydə alınıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Abulbəyli kənd sakini 1994-cü il təvəllüdlü Hümbətov Elşən Nəbi...