Yol polisi Əməkdar artist Aqşin Abdullayevlə bağlı tədbir gördü
Yol hərəkəti qaydalarını pozduğu bildirilən Əməkdar artist Aqşin Abdullayev barəsində inzibati tədbir görülüb.
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, qayda pozuntusuna yol verən sürücü ilə bağlı qanunvericiliyə uyğun tədbir həyata keçirilib.
O, sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
"Bir daha sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər", - deyə E.Hacıyev bildirib.
***12:44
Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını pozması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi 90-RX-200 dövlət nömrə nişanlı "Cadillac" avtomobilini yolun hərəkət hissəsinin ortasında saxlayaraq maşından düşüb və burada mahnı oxuyub.
Hadisə zamanı heç bir xəbərdarlıq nişanı və təhlükəsizlik tədbiri görülməyib.
Nəticədə digər sürücülərin hərəkəti çətinləşib və qəza riski yaranıb. Görüntüləri isə Abdullayev özü sosial şəbəkə hesabında paylaşıb. Ancaq həmin videonu daha sonra silib.
Oxşar xəbərlər
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşağın SON VƏZİYYƏTİ
Sumqayıt şəhərində eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti ağırdır. Bu barədə BAKU.WS-in Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasından məlumat verilib. Bildi...