Eldar Mahmudovun qaldığı yer bilindi
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda Bakının Nardaran qəsəbəsində qalır.
Modern.az saytının etibarlı mənbədən əldə etdiyi xəbərə görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şefi özünün Nardarandakı bağ evində həyat yoldaşı ilə birlikdə yaşayır.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Eldar Mahmudovun Nardarandakı villasını xüsusi xidmət orqanlarının əməkdaşları ciddi nəzarət altında saxlayırlar.
Belə ki, keçmiş MTN generalının qaldığı villanın ətrafı, girişi-çıxışı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən 24 saat ərzində tam nəzarət altına alınıb.
Eldar Mahmudovun yaşadığı evdən girib-çıxması, hər bir hərəkəti ciddi şəkildə izlənilir. Keçmiş nazirin bəzi günlərdə nəzarət altında şəhərə çıxdığı və bəzi şəxslərlə görüşdüyü də bildirilir.
Xatırladaq ki, ötən il oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalamışdı.
Həmin sərəncamdan sonra keçirilən əməliyyat nəticəsində MTN-də fəaliyyət göstərən quldur dəstəsi saxlanıldı. Dəstə üzvlərindən bəzilərinin cinayət əməlləri üzrə aparılan istintaq işi yekunlaşdırğından artıq məhkəmə qarşısına çıxarılanlar da var.
Məsələn, Sabunçu Rayon Məhkəməsində MTN-in başkəsən generallarından biri, Eldar Mahmudovun "vuran əli" Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və işçiləri - Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi araşdırılır.
Hazırda Eldar Mahmudovun quldur dəstəsindən olan 18 nəfər keçmiş MTN-çi həbsdə saxlanılır (1 nəfər isə özünü təcridxana asaraq intihar edibıb). Daha 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun Avropada daha bir biznesi üzə çıxdı
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun təkcə ölkə daxilində deyil, xaricdə də biznesinin olduğu barədə hələ bir müddət əvvəl məlumat yaymışdıq. Həmi...