Eldar Mahmudovun oğlu Nardaranda saxlanıldı

Eldar Mahmudovun oğlu Nardaranda saxlanıldı
Hadisə 2877

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudovla bağlı xəbərlərin ardı kəsilmir. Keçmiş nazir vəzifədən çıxarılandan sonra onun ailə üzvlərindən bəzilərinin xaricə qaçması haqda məlumatlar yayılmışdı.

Belə ehtimallar vardı ki, qaçanlardan biri də keçmiş nazirin oğlu Anar Mahmudov olub. Bu günlərdə isə məlum oldu ki, ölkədən gedən Anar Mahmudovun həyat yoldaşı Aida Mahmudovadır. O, hazırda məhkəməsi davam edən Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyevin qızıdır. Aida Mahmudova anası ilə birlikdə Londondadırlar və məhkəməyə ifadə vermək üçün çağırılsalar da. Azərbaycana gəlməkdən boyun qaçırırlar.

Musavat.com bildirir ki, Eldar Mahmudovun oğlu isə Azərbaycandadır. Onu bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlayıblar.

Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub.

Qəzetin yazdığına görə, polislər Nardarandakı reydlərin məlum əməliyyatların davamı olduğunu və ölkə rəhbərliyinin tapşırığı əsasında keçirildiyini Anar Mahmudova bildirəndən sonra keçmiş nazirin oğlu narazı halda maşına minərək yoluna davam edib.

Mənbə bildirir ki, Eldar Mahmudovun Nardaran qəsəbəsində dəbdəbəli imarəti var. Həmin imarət Eldar Mahmudov nazir olduğu dövrlərdə tez-tez kef məclislərinin keçirildiyi məkanlardan olub.

A.Mahmudov atasının nazirliyi dövründə "Caspian Crystal Holding"də birləşən ailə biznesini idarə edirdi.

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun ölüm xəbəri ilə bağlı yeni açıqlama

Eldar Mahmudovun ölüm xəbəri ilə bağlı yeni açıqlama

Bəzi saytlarda, həmçinin sosial şəbəkədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evində vəfat etməsi barədə xəbər yayılıb. Keçmiş nazirin ölüm...

9977 Hadisə 09:34 18 iyun 2016

Son xəbərlər