Eldar Mahmudovun Nardarandakı villalar şəhərciyi (FOTO)
Bir müddət öncə prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun daha bir dəbdəbəli villası aşkarlanıb. BAKU.WS-in Qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, bir neçə gün öncəki fotoları yayımlanan villadan fərqli cəhəti isə bura silsilə nəhəng evlərin yerləşməsidir. Bu evlər Nardaranda, dənizə yaxın ərazidə yerləşir. "Qafqazinfo”nun əməkdaşları bu gün ərazidə olub və kənd sakinləri ilə də bu barədə söhbət edib. Sakinlər bildirib ki, sabiq nazir bu evində tez-tez gəlmir. Eldar Mahmudov bir neçə hektarı əhatə edən ərazidə digər qohumları üçün də villa tikdirib. Eyni həyətdə yerləşən bir neçə evlərdən yolun kənarında olan ən böyüyü isə keçmiş baş çekistin özünə məxsusdur. Bu bina xarici görünüşünə görə villanı yox, daha çox zavod binasını xatırladır. Bununla bağlı fikrimizə isə kənd sakini belə cavab verdi: "Sən onun içinə girsən, villanın nə demək olduğunu görərsən. Mən uzun müddət onun evində işləmişəm. Sonradan çıxartdılar”. Kənd sakinləri dedilər ki, keçmiş nazirin öz villasında hazırda yalnız işçiləri, digər binalarda isə qohumları yaşayır. Biz orda olduğumuz vaxt Eldar Mahmudovun silsilə villaların darvazası önündə bir neçə maşın dayanmışdı. Onlardan biri isə hüquqi şəxslərə malik dövlət nömrə nişanlı idi. Mahmudovun villalar şəhərciyi təxminən 3 metr hündürlüyündə hasarla əhatələnib, divar boyu isə hər tərəfi "görə bilən” xüsusi kameralar quraşdırılıb. Sakinlərin sözlərinə görə, Mahmudov bundan başqa da yolun digər hissəsində yenicə tikdirdiyi villası var. O villa bu kompleksdən ayrıdır. Hazırda Eldar Mahmudovun öz evinə Cəbi adlı mühafizəçisi nəzarət edir.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun ailəsi Danimarkaya sığındı
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvləri Azərbaycanı tərk edib. BAKU.WS-in məlumatına görə, bu barədə İstiqlal.az-a daxil olan məlumatd...