Dünya şokda - Müsəlmanların diri-diri basdırıldığı yerlər tapıldı (FOTO)

Dünya şokda - Müsəlmanların diri-diri basdırıldığı yerlər tapıldı (FOTO)
Hadisə 8102
Myanmanın Arakan əyalətində müsəlmanlara yönəlik qətliamın miqyasını gözlər önünə sərən 5 yeni kütləvi məzarlıq tapılıb.BAKU.WS-in məlumatına görə, Associated Press agentliyi həmin məzarlıqların yerini göstərən peyk fotolarını yayımlayıb.Agentlik xəbər verir ki, Arakanın şimalında yerləşən Gu Dar Pyin kəndində ən az 5 kütləvi məzarlıq aşkarlanıb.Peyk görüntülərində Myanmar ordusunun kəndə giriş-çıxışları bağladığı və evlərin tamamilə yandırıldığı görünür.Qətliamdan xilas olan müsəlmanların sözlərinə görə, kütləvi məzarlıqda təxminən 400 müsəlmanın meyiti var. Onların əksəriyyəti diri-diri basdırılıb.Kütləvi məzarlıqda azyaşlı uşaqların da cəsədlərinin olduğu bildirilir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər