Qətlə yetirilən 19 yaşlı gəncin atası: “Oğlumu diri-diri yandırıblar”
Suriyada dəhşətli cinayət baş verib.
BAKU.WS-in məlumatına görə, 19 yaşlı Muhammad A. qaçırılıb. Gənc itkin düşəndən 3 gün sonra onun atası ilə əlaqə yaradan cinayətkarlar övladının əvəzində 5 min dollar tələb ediblər. Övladını geri qaytarmaq üçün borc pul tapan ata onu tanımadığı şəxsə verib. Razılaşmaya əsasən pulu aldıqdan 2 saat sonra gənc oğlan geri veriləcəkdi. Lakin 2 saat sonra ataya yenidən zəng gəlib: "Oğlunuzu evinizin yaxınlığındakı kanaldan götürə bilərsiz”. – deyə telefonda bildirlib. Ata dərhal deyilən əraziyə gedib. Ora çatanda isə gözlərinə inana bilməyib. Oğlunun meyitini tapan ata dəhşətə gəlib: "Vicdansızlar oğlumu kanalın yanında öldürüblər. Onu diri-diri yandırıblar. Bu cinayəti törədənlərin dərhal tapılmasını istəyirəm”. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 35 yaşlı kişi diri-diri yandı
Xaçmazda yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda ümumi sahəsi 25 k...