DTX-dan ƏMƏLİYYAT: Suriyada döyüşən 4 terrorçu həbs edildi
27
okt
2017
19:14
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir.DTX-nin İctimai əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.DTX Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları ictimaiyyətə təqdim edəcək.BAKU.WS
Oxşar xəbərlər
DTX-dan AÇIQLAMA: Terrorçular Əli Kərimlinin mitinqində partlayış törətmək istəyirdi
Qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqlar...