Dövlət Təbiət Qoruğunda ov edən şəxslər saxlanılıb

Dövlət Təbiət Qoruğunda ov edən şəxslər saxlanılıb
Hadisə 50

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva BAKU.WS-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Vüsal Məbudov, Tural Süleymanov, Fariz Mahmudov və Azər Əzizov olduğu müəyyən edilib.

Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər