Varvara su anbarında qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

08
avq
2022
23:07
Varvara Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva BAKU.WS-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Həbil Yusubov və Məhəmməd Allahverdiyev olduğu müəyyən edilib.
Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Qanunsuz ov edən 4 nəfər cəzalandırıldı
Qanunsuz ov edən şəxslər cəzalandırılıb Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin ə...