Dövlət işinə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub
02
may
2025
16:09
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 39 yaşlı Rəvan Abdullayev saxlanılıb.
BAKU.WS-in məlumatına görə, o, şəhər sakini olan qadını dövlət qurumunda işə düzəldəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 10 min manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
R.Abdullayevin qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...