DİN-dən ƏMƏLİYYAT - 14 kiloqram narkotik dövriyyədən çıxarıldı

Sumqayıtda polisin narkotik əməliyyatı - 14 kiloqram heroin və marixuananın dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb. Ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Bu şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi komuflaj edilmiş yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
R.Sultanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Gənclər şəhərciyində başlayan yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi bar...
