Dəhşətli qətl - Kişi evdən küsüb gedən arvadını öldürdü - VİDEO
17
avq
2018
09:26
Samuxda ərlə arvadın münaqişəsi qanla nəticələnib. Həyat yoldaşını övladlarının gözü qarşısında bıçaqlayaraq qətlə yetirən gənc onun bibisinə də çoxsaylı xəsarətlər yetirib.Uzun müddət davam edən ailə münaqişəsi nəticəsində qadın ayrılaraq atası evinə gedib. Ancaq həyat yoldaşı ona burda da rahatlıq verməyib..Samuxun Ziyadlı kəndində 33 yaşlı Elvin Bayramov ondan 2 ay əvvəl ayrılaraq atası evinə qayıdan həyat yoldaşı 25 yaşlı Müşafərin Bayramovanı elə atası evində bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı onların 3 azyaşlı övladı da evdə olub.Məlumata görə yoldaşı ilə barışmağa gələn E.Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. Qanlı cinayət törədilərkən Müşafərinin bibisi Xatirə Salmanova da evdə olub. 51 yaşlı qadın Elvinə mane olmaq istəyərkən onun özü də çoxsaylı vıçaq xəsarətləri alıb.Hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilən yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirirlər. Cinayəti törədən Elvin Bayramov isə polis tərəfindən isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanılıb,istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Samuxda baş verən dəhşətli cinayətlə bağlı RƏSMİ MƏLUMAT
Samuxda baş verən qanlı cinayətlə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 16-da əvvə...