Samuxda baş verən dəhşətli cinayətlə bağlı RƏSMİ MƏLUMAT

Samuxda baş verən dəhşətli cinayətlə bağlı RƏSMİ MƏLUMAT
Hadisə 1293
Samuxda baş verən qanlı cinayətlə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib.Nəticədə M.Bayramova ölüb, X.Salmanova isə xəstəxanaya yerləşdirilib.Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılıb. Saxlanılarkən onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Son xəbərlər