Azərbaycanda 14 yaşlı oğlanı vəhşicəsinə öldürən şəxs tutuldu
Baş rokurorluq və Daxili İşlər Nazirliyi Kürdəmirdə baş verən dəhşətli cinayətlə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Kürdəmirdə 14 yaşlı oğlanın qətlə yetirən şəxs tutulub. Sentyabrın 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan Emin Eminova məxsus bağ sahəsində kənd sakini, 14 yaşlı İzzət Babayevin meyiti tapılıb.
İsti izlərlə İ. Babayevin bir gün əvvəl həmkəndlisi Seyran Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində boğularaq öldürüldüyü müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Kürdəmirdə 14 yaşlı yeniyetməni vəhşicəsinə öldürdülər
Kürdəmir rayonunda 14 yaşlı yeniyetmə qətlə yetirilib. Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanovun BAKU.WS-ə verdiyi məlumata görə, dünən g...