Dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu – VİDEO – YENİLƏNİB

Dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu – VİDEO – YENİLƏNİB
Foto Video
Hadisə 5299
Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşnası nəticəsində ölən 8 nəfərdən 6-sının adı məlum olub.BAKU.WS “report”a istinadən xəbər verir ki, bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu,1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.Hadisə nəticəsində Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb.***08:46Masallıda yük maşını “Mersedes-Vito" markalı mikroavtobusla toqquşub.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi.Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.

Son xəbərlər