Dayısı qızının evində usta işləyən kişi onun azyaşlı qızına təcavüz etdi - Yevlaxda dəhşət

Dayısı qızının evində usta işləyən kişi onun azyaşlı qızına təcavüz etdi - Yevlaxda dəhşət
Hadisə 392

Yevlax şəhərində 1988-ci il təvəllüdlü Kamal usta işlədiyi evin yetkinlik yaşına çatmayan qızı Kəmaləyə (adlar şərti verilib - red.) təcavüz edib.

BAKU.WS bildirir ki, “teleqraf.com”a istinadən xəbər verir ki, Kamal 2016-cı il iyun ayının ortalarında istintaqla müəyyən edilməyən gündə günorta saatlarında Səliməyə məxsus evin həyətində usta işləyərkən həmin evdə yaşayan 2006-cı il təvəllüdlü Kəmalənin köməksiz vəziyyətindən istifadə edib.

Evin birinci mərtəbəsindəki otaqda Kəmalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Ustadan seksual hərəkət

Kamal Səlimənin evində usta kimi işinin davam etdirən zaman yenə də onun qızına qarşı iyrənc hərəkətlərini davam etdirib. İyul ayın sonlarında işdən sonra alətlərini aparmağa gələrkən yenə də Kəmalənin evdə tək olduğunu görüb. O, bundan istifadə edərək Kəmalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan əlavə, Kamal axşam saatlarında qohumu Mahmuda məxsus evə qonaq gəlib. Həmin evdə yaşayan 2006-cı il təvəllüdlü Sadiqlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Kamalın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) və 29, 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan edilib.

"Zor tətbiq etməmişəm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dayısı qızı Səlimənin evində usta işləyib: "Daha sonra Səlimədən qalıq 550 manat pulumu istədim. O da barəmdə polis şöbəsinə şikayət etdi. Polisdə təsir altında Səlimənin qızı Kəmalə ilə qeyri-təbii yola cinsi əlaqədə olmam barədə etrafedici ifadələr vermişəm.

Kəmaləyə, həmçinin digər zərərçəkmiş Sadiqə qarşı heç bir zor tətbiq etməmişəm. Onlarla cinsi əlaqədə olmamışam".

Məhkəmədə təqsirləndirilən şəxsin bu ifadəsi özünü müdafiə xarakterlin hesab edilib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub.

"Məni hamama apardı"

Kamal istintaq zamanı verdiyi ifadəsində göstərib ki, dayısı qızı Səlimənin evində təmir işi apararkən qızı Kəmalə onun yanına gəlib: "Evin otağında Kəmaləni soyundurduqdan sonra ona qarşı əxlaqsız hərəkətlər etsəm də, nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Sadiqə qarşı isə heç bir seksual xarakterli hərəkətlər etməmişəm".

Cinayət işi üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, qohumları Kamal 2016-cı ilin iyun ayının ortalarında, dəqiq xatırlamadığı gündə günorta saatlarında evdə təmir işi apararkən onu yanına çağırib: "Mənə bir şey edəcəyini, amma bunu heç kimə deməməyi, əgər desəm, mənə kassa düzətməyəcəyini dedi. Mən heç bir şey başa düşmədim, razılaşdım.

Kamal mənim evin birinci mərtəbəsinə, hamama apardı. Orada üzümü digər tərəfə, arxamı özünə tərəf çevirdi. Sonra mənə sakit durmağı tapşırdı. Mənimlə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə oldu. Həmin vaxt ağrı hiss etsəm də, Kamalın mənə qarşı etdiyi hərəkətin mahiyyətini dərk etmədim".

"Siqaret çəkib, məni yanınan çağırdı"

Zərərçəkmiş qeyd edib ki, daha sonra növbəti günlərdə yenə Kamal onu yanına çağırıb və əvvəlki gündə olduğu kimi yenə onu hamam otağına aparıb, əynindəki paltarı çıxararaq onunla yenidən qeyri-təbii yolla cinsi əlaqədə olub: "Yenə ağrı hiss etsəm də, Kamalın mənə qarşı etdiyi hərəkətin mahiyyətini dərk etmədim.

Hadisədən təxminən bir həftə sonra Kamal təmir zamanı işlətdiyi alətləri aparmaq üçün bizə gəldi. Əşyalarını yığıb qurtardıqdan sonra siqaret çəkdi. Məni yanına çağırdı və əynində olan gödəkcəsini düzətməyi məndən xahiş etdi.

Yaxınlaşıb gödəkcəsinin yaxalığını düzəltdim. Kamal əlimdən tutaraq otaqda olan stola tərəf apardı və üzümü stola tərəf çevirdi, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Bundan sonra Kamal bizdən getdi".

"Cinsi əlaqədə olmağa cəhd etdi"

Zərərçəkmişin ifadəsinə görə, Kamal onların evlərini təmir etdikdən sonra dayısı Mahmudun da evini təmir etməyə başlayıb: "Anamla birlikdə dayımgilə qonaq getdim. Dayım oğlu Sadiqlə həyətdə oynayarkən Kamal bizə yaxınlaşdı. Həyətdə ayaqyolunu ona göstərmək üçün çağırdı. Biz də onu ayaqyolunun yanına apardıq.

Kamal orada Sadiqin qolundan tutaraq ayaqyoluna dartdı, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa cəhd etdi. Lakin anam bizi çağırdığı üçün Kamal Sadiqi buraxdı və biz evə getdik".

Kəmalə bildirib ki, 20 aprel 2021-ci ilxdə Yevlax şəhərində Gənclərin İnkişaf və Karyera Mərkəzində psixoloji seminarlardan və testlərdən keçəndə Kamalın hərəkətləri barədə məlumat verib: "Kamalın mənə qarşı etdiyi hərəkəti həmin vaxt başa düşməsəm də, sonradan həmin hadisəni xatırladıqca, mənə qarşı edilmiş hərəkətindən utandım, özümü alçaldılmış hiss etdim".

12 il cəza və şikayət

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Kamal 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən narazı qalan Kamal apellyasiya şikayəti verib. Kamalın vəkili tərəfindən yazılan şikayətdə göstərilib ki, təqsirləndirilən şəxs ailəlidir, iki azyaşlı uşağı var: "10 yaşlı uşaqlarla qeyri-təbii yolla cinsi əlaqədə olma və ya ona cəhd etmə bir ailəli şəxsə yapışan hal deyil. İşdə 29 iyul 2021-ci il tarixli psixo-nevroloji kabinetin 1392 saylı arayışında təqsirləndirilən şəxsin psixo-nevroloji qeydiyyatda dayanmadığı bildirilir. Onun nə psixoloji pozuntusu, nə də azyaşlı uşaqlara hazırki cinayəti etmə ehtimalını belə ortaya qoyacaq heç bir sübut mövcud deyil. Şəxs təqsirsizdir. Ehtimal və fərziyyə əsasında ittihamı irəli sürmək olmaz. Hesab edirik ki, bütün bunlar müdafiə etdiyim şəxsin tam əleyhinə istiqamət alıb. Şəxs təqsirsizdir. Bu kimi ittihamla müdafiə etdiyim şəxsi təqsirləndirmək, onun barəsində əsassız ittiham hökmü çıxarmaq tam qanunsuzdur".

Vəkil Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.

Son xəbərlər