Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı
Hadisə 2063
Dağıstanın şərqində yerləşən İzberbaş şəhərində içərisində azərbaycanlıların olduğu “QAZel” və minik avtomobili toqquşub. Nəticədə, 2 nəfər ölüb, 10 azərbaycanlı yaralanıb.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, qəza ilə bağlı Rusiya mətbuatı məlumat yayıb.Hadisə “Qafqaz” federal avtomobil yolunda baş verib. Dağıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Digərləri isə yüngül dərəcəli xəsarətlər alıblar. Onların arasında azyaşlı yoxdur.“Yaralılardan ikisi müalicə üçün Mahaçqalaya göndərilib. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”, - deyə məlumatda qeyd olunur.Qəzaya düşən azərbaycanlıların Dağıstana işləməyə gəldikləri bildirilir.BAKU.WS

Son xəbərlər