Cəlilabadda yol qəzası baş verib: ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Belə ki, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1965-ci il təvəllüdlü Göytəpə şəhər sakini Əyyub Əsədov ölüb, yük avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Orxan Səfərov isə yaralanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları...