Cəlilabadda əkin sahəsində traktor aşıb, xəsarət alan var
30
may
2023
22:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda əkin sahəsində traktor aşıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Məmmədrzalı kəndində, əkin sahəsində baş verib.
Belə ki, əkin sahəsində iş görülərkən kənd sakini, 1978-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi traktoru aşırıb.
Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaralı rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...