Cəbhədə ATIŞMA: Hərbçimiz yaralanıb

Cəbhədə ATIŞMA: Hərbçimiz yaralanıb
Hadisə 1218
 

Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə  atəşkəs rejimini pozub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bölmələrimiz tərəfindən təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsayev Rauf Məhəmməd oğlu yaralanıb.

Ona təxirəsalınmaz tibbi yardım göstərilib. Hazırda vəziyyəti sabitdir, həyati təhlükə yoxdur. Müdafiə Nazirliyi bildirir ki, düşmənin bu cür hərəkətlərinə qarşı lazımi cavab tədbirləri görüləcək.

BAKU.WS

Oxşar xəbərlər

Qarabağda gərgin vəziyyət: hərbi qulluqçumuz yaralandı

Qarabağda gərgin vəziyyət: hərbi qulluqçumuz yaralandı

Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də düşmən təxribatının qarşısını al...

1160 Siyasət 12:41 05 avqust 2016

Son xəbərlər