Qarabağda gərgin vəziyyət: hərbi qulluqçumuz yaralandı
05
avq
2016
12:41
Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.
Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi şəhid xəbərini təsdiqlədi
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan hərbi-siyasi rejimin...