Cəbhə bölgəsindəki erməni kəndlər boşalır
Ermənistanın Tavuş vilayətinin cəbhə xəttində yerləşən Koti kəndi boşalır.
BAKU.WS-in məlumatına görə, kənd sakinləri uşaqlarını məktəb və bağçalardan çıxarıb. Evini-eşiyini qoyub kənddən çıxanların sayı hər ötən gün sürətlə artır. Ətraf kəndlərdə də anoloji vəziyyət müşahidə olunur. Erməni kəndlilər Rusiyaya üz tutacaqlarını deyirlər.
Ermənistanda iqtisadi vəziyyətin acınacaqlı hal aldığı bir zamanda, nəinki ucqar kəndlərdə, hətta İrəvanda da yaşamaq çətinləşib. Kəndləri boşaldan insanlar bir tikə çörək pulu qazanmaq üçün qonşu ölkələrə axışırlar.
BMT-nin son açıqladığı proqnozlara görə, 2100-cü ilədək Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə düşəcək. Hazırda Ermənistan əhalisi hüquqi cəhətdən 3 milyon, faktiki cəhətdən isə 2,6-2,8 milyon nəfər təşkil edir.
Qeyd edək ki, hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan hökuməti əmr verdi, kəndlər boşaldılır
"Ermənistan ordusu "İldırım-2015" kod adlı təlimlərə başlayıb. Bu təlimlər 6 sentyabra qədər davam edəcək". BAKU.WS-in məlumatına görə, bunu Ermənistan Müdafiə...