Bu ərazidə qaz xətti ZƏDƏLƏNİB
10
apr
2025
11:42
Bakının Yasamal rayonunda qaz xətti zədələndiyindən, qazın təchizatında təcili dayanma olub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə aprelin 10-da saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Təmir-bərpa işləri aparılır.
Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Oxşar xəbərlər
Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında vəfat edib
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu yol qəzasında vəfat edib. BAKU.WS xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosi...