Böyükşor gölünün köpüklənməsinin SƏBƏBİ BİLİNDİ

Böyük Şor gölünün sahilində müşahidə edilən köpüklənmə antropogen çirklənmə ilə bağlı deyil, təbii və mövsümü xarakter daşıyır. Bu hal hava şəraitindən asılı olaraq demək olar ki, hər il yaz-yay aylarında müşahidə olunur.
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov deyib.
O, bildirib ki, köpüklənmənin yaranmasına səbəb havanın temperaturunun artması, küləkli hava şəraiti və göldəki təbii bioloji proseslər zamanı dalğaların sahilə çırpılmasıdır:
"Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu tərəfindən aparılan monitorinqlərin nəticələri göl suyunun keyfiyyət göstəricilərində hər hansı bir mənfi dəyişikliyin qeydə alınmadığını təsdiqləyir".
***14:52
Böyükşor gölünün üzərində böyük köpüklər peyda olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan aydın olur ki, köpüklər gölün üzərini "ağ örpəyə" bürüyüb. Üstəlik paytaxtda əsən güclü külək köpüyün göl kənarına çıxmasına səbəb olub.
Məsələ ilə əlaqədar aidiyyatı quruma sorğu ünvanladıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Oxşar xəbərlər
Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizli...
