Boşandığı arvadı ərə getdiyi üçün keçmiş qaynatasını vəhşicəsinə öldürdü
24
okt
2019
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Xaçmazda kişi keçmiş qaynatasını qətlə yetirib.BAKU.WS xəbər verir ki, 23 oktyabr, saat 11:30-da Səfər İlham oğlu Qurbanov keçmiş qaynatası Əlihüseyn Cəlil oğlu Qədirova bir neçə bıçaq zərbəsi vurub.Əlihüseyn Qədirovun meyitinə xarici baxış keçirilən zamanı onun kürək, mədə, döş qəfəsi, sol qol nahiyələrində daxilə nüfuz edən ünunilikdə 7 bıçaq yarası aşkar edilib.Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Xaçmaz rayonu, Qımılqışlar kənd sakini Səfər İlham oğlu Qurbanov əvvəllər Gülyanə Əlihüseyn qızı Qədirava ilə evli olub. 2017-ci ildə rəsmi nikahları pozulub və ayrılıblar. Səfər Qurbanov ikinci dəfə ailə həyatı qurub.Səfər Qurbanov son vaxtlar keçmiş arvadı Gülyanə Qədirovanın başqa şəxslə ailə həyatı qurmaq istəməsi barədə məlumatlar eşidib.Bu məsələyə aydınlıq gətirmək üçün keçmiş qaynatası Əlihüseyn Qədirovun yaşadığı Xaçmaz rayonu, Qımılqışlar kəndindəki fərdi evinə gedib.Keçmiş qaynatasını çölə çağırıb. O, keçmiş arvadının ərə yenidən ərə getməsi barədə söhbət açaraq, məsələyə etira edib.Nəticədə aralarında mübahisə yaranıb. Səfər Qurbanov özü ilə gətirdiyi bıçaqla Əlihüseyn Qədirovun ürəyinə bir neçə bıçaq zərbəsi vurub. Daha sonra onun mədə, sol qol nahiyəsini bıçaqlayıb.Daha sonra Səfər Qurbanov könüllü olaraq Xaçmaz rayon polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və istifadə etdiyi bıçağı da polisə təhvil verib.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.Ziya SƏCCAD
Oxşar xəbərlər
Azərbaycanda vəhşilik: Kişi boşandığı arvadını əvvəlcə döyüb sonra öldürdü - TƏFƏRRÜAT
Ötən gün Beyləqanda ər arvadını vəhşicəsinə öldürübBAKU.WS xəbər verir ki, hadisə Beyləqan rayon Gigiyena və Epidemologiya Mərkəzinin həyətində baş verib.Xəstəx...