Qaynatasını qətlə yetirən şəxsdən YENİ XƏBƏR
29
iyl
2019
11:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qubada qaynatasını qətlə yetirməkdə təqsirli bilinən Mehman Balayevin cinayət işi üzrə toplanan materiallar məhkəməyə göndərilib.BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun icraatına verilib.Məhkəmə hazırlıq iclası avqust ayının 6-na təyin olunub.Qeyd edək ki, hadisə dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib. 1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev, bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adıyla qaynatasıgilə gedib.Qaynatası 1961-ci il təvəllüdlü Heybətov Heybət ilə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və kürəkən qayınatasına bıçaqla zərbələr endirib.Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.M.Balayev isə polis əməkdaşları tərəfindən saxlanılıb.Qeyd edək ki, ailənin birgə nigahdan 2 azyaşlı övladı var.
Oxşar xəbərlər
Telefon pulu üstündə anasını qətlə yetirən şəxsin məhkəməsindən YENİ XƏBƏR
Bakıda anasını qətlə yetirməkdə təqsirli bilinən Eldar Müslümovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, cinay...