Arvadının yerinə baldızını öldürən türk Azərbaycana qaçmaq istərkən yaxalandı (VİDEO)

Arvadının yerinə baldızını öldürən türk Azərbaycana qaçmaq istərkən yaxalandı (VİDEO)
Video
Hadisə 912

Türkiyədə baldızını və qaynatasını öldürən şəxsi polis yaxalayıb.

BAKU.WS-in məlumatına görə, Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı Hüseyin Ç. Iki nəfər öldürməkdə və bir nəfəri yaralamaqda günahkar bilinib. Onu bərbərxanada yaxalayıblar. Araşdırmalar zamanı məlum olub ki, Hüseyin Ç. həyat yoldaşı Dilek K.-dən bir neçə ay bundan əvvəl ayrılıb. Bir neçə dəfə arvadı ilə barışmaq istəsə də, qaynatası buna mane olmayıb. O, qisas almaq üçün qaynatasının evinə gedib. Gecə saatlarında evə balkondan girib. Qaynatası 61 yaşlı Bayram və baldızı 16 yaşlı Həcəri öldürüb. Hadisə yerindən qaçmaq istəyərkən bacanağı onu yaxalayıb. Bu zaman Hüseyin Ç. bacanağı Aziz Karayı da güllələyib. Sonradan görkəmini dəyişmək üçün bərbərxanaya gedib. Orada polisə yaxalanıb. Verdiyi ifadədə bildirib ki, əslində arvadını və qaynatasını öldürmək istəyib. Lakin qaranlıq olduğu üçün səhvən baldızını vurub. Bacanağını isə ona mane olduğu üçün vurduğunu deyib.

Cinayəti törədəndən sonra Hüseyin Ç. görkəmini dəyişib Azərbaycana qaçmaq istədiyini bildirib. O, Azərbaycanda yaxın qohumlarının yanına gələcəkmiş. BAKU.WS

Son xəbərlər