İran qızlarının heç kimin tanımadığı tərs üzü (FOTO)
Tanınmış iranlı fotoqraf Hüseyn Fatemi vətənindən çəkdiyi fotolarla sərgi hazırlayıb. BAKU.WS-in məlumatına görə, "Bir iranlının səyahəti” (An Iranian Journey) adlı sərgidə dünyada ciddi şəriət qanunları ilə seçilən İranda əslində nələr baş verdiyi əks olunub. Sərginin məqsədi insanların beynindəki "qorxulu İran” xofunu dağıtmaqdır.
Sərgidə gizli şənlikdən çəkilmiş fotolar əks olunur. Fotolardan da göründüyü kimi qadınlarla kişilər birgə rəqs edir, içki içir və əylənirlər. Əslində İranda rok musiqisi dinləmək və ifa etmək qadağandır. Lakin iranlılar bu qadağaya əhəmiyyət vermir və gənclərin çoxu rok musiqisini sevirlər. İranda qadınlar üçün nəzərdə tutulmuş idman zallarına kişilərin girməsi qadağandır. Lakin gənc iranlılar bu qadağaya heç vaxt əməl etməyiblər. İslam ölkəsində evdə it saxlamaq da yasaqdır. Varlı iranlıların isə demək olar ki, əksəriyyətinin evində it və pişik bəslənilir. Bilyard salonlarına, çayxanalara qadınların girişi qadağan olan İranda bəzən buna da fikir vermirlər. Qadınların çoxu bilyard oynamağı sevir. İran qanunlarına görə, qadın və kişi toyları ayrı olmalıdır. Ancaq bir çox insan buna heç əhəmiyyət də vermir. İranlı qadınların ən çox sevdiyi məşğuliyyət isə siqaret və qəlyan çəkməkdir. İslam qanunlarına görə, İranda ən qatı cinayətkarı insanların gözü qarşısında edam edirlər. Fotoqrafın çəkdiyi şəkillər arasında 21 kişini qaçırıb öldürməkdə günahlandırılan Muhammed Biceh adlı şəxsin edam səhnəsi də yer alıb. "Çöl Vampiri” adlandırılan M.Biceh asılmaqdan əvvəl insanların gözü önündə 100 dəfə qamçılanıb. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı qızlar erməni kişilərin qucağında (VİDEO+18)
Sosial şəbəkələrdə ermənilərin Moskvadakı otellərdən birində çəkilmiş video yayılıb. BAKU.WS-in məlumatına görə, görüntülərdə bir neçə qadınla kişilər əylənirl...