Tanınmış ilahiyyatçıdan təklif: “Hamilə qadınlar üçün xüsusi vaqonlar ayrılsın”
Son günlər Bakı metrosunda qadınlarla kişilərin ayrı-ayrı qatarlarda getməsilə bağlı məsələ müzakirə olunur.
Bununla bağlı tanınmış ilahiyyatçı İsmayıl Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, bu ideya yaxşıdır. Onun fikrincə qadınların rahatlığını təmin etmək üçün metro və avtobus kimi nəqliyyat vasitələrində ayrı yer ayrılması gözəl olardı.
"Metroda qadınların istifadəsi üçün ayrıca vaqonların ayrılması bəyənilən haldır. Bununla onlar həm basırıqda əziyyət çəkməzlər, həm bəzi əxlaqsız şəxslərin qeyri-etik davranışlarına məruz qalmazlar. Bununla da qadınlar rahat gediş-gəliş edə bilərlər”, - deyə İsmayıl Əhmədov vurğulayıb.
İsmayıl Əhmədov deyir ki, yaxşı olardı ki, Bakı metrosunda axırıncı 2 vaqon qadınlar üçün ayrılsın. Həmin vaqonlardan birində isə hamilə qadınlar üçün xüsusi şərait yaradılmalıdır: "Metrolarda bunun üçün xüsusi 2 vaqon ayrılsa yaxşı olar. Həmin vaqonlarda hamilə qadınlar üçün xüsusi şəraitində olması çox vacibdir”
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosundan “qadınlar arxa vaqona minsin” kampaniyasına reaksiya
Sosial şəbəkə istifadəçiləri arasında yeni başlanan kampaniyaya Bakı Metropolitenindən münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevi...