Bakı metrosunda yeni kampaniya: "Qadınlar arxa vaqonlara minsin"
02
noy
2015
10:15
Sosial şəbəkələrdə insanlar arasında yeni kampaniya başlayıb.
BAKU.WS-in məlumatına görə, insanlar Bakı Metropolitenində qadınların arxa vaqonlarda səyahət etməsi ilə bağlı təklif irəli sürüb. Bu təklifin məqsədi kişilərlə qadınların günün pik saatlarında metroda sıxlığa düşməməsi və daha rahat səyahət etməsi üçündür.
Heç kəsə sirr deyil ki, Bakı avtobuslarında kişilər daha çox arxa oturacaqlarda əyləşir. Qadınlar isə ön tərəfdə əyləşir və ya ayaq üstə dayanırlar. Bu adətin metroda tətbiq edilməsi üçün sosial şəbəkələrdə təbliğat kampaniyası aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Qadınlar arasında əlbəyaxa dava (TOP 10- VİDEO)
Son günlər sosial şəbəkələrdə qadınların əlbəyaxa davaları barədə çoxlu videolar paylaşılır. BAKU.WS-in məlumatına görə, yayılan videolarda qadınlar kişilər ki...