Bakıdan qonaq gələn bacı-qardaşını qanına qəltan etdi - TƏFƏRRÜAT
04
sen
2019
10:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün saat 12 radələrində Qobustan şəhərində baş verən bıçaqlanma hadisəsinin təfərrüarları məlum olub.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Qobustan şəhər sakini 1963-cü il təvəllüdlü Qurbanov Famil Bəybala oğlu onun evində qonaq olan bacısı, 1966-cı il təvəllüdlü Məlahət Yadigarova ilə qardaşı, 1959-cu il təvəllüdlü Kamil Qurbanovu bıçaqlayıb.M.Yadigarova döş qəfəsi və sağ bud nahiyəsi, Kamil Qurbanov isə qarın boşluğu və sol bud nahiyəsindən xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıblar.İlkin araşdırmalar zamanı məlum olub ki, M.Yadigarova Bakı şəhəri Səbail rayonu, Kamil isə Qaradağ rayonunda yaşayır. Onlar atalarından qalan mülkü bölüşdürmək üçün rayona Familgilin evinə gediblər. Burada mülk məsələsi üstündə tərəflər arasında narazılıq yaranıb. Nəticədə F.Qurbanov bıçaqla bacı-qardaşına hücum edib.Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Yas mərasimində dava düşdü: bir nəfər bıçaqlandı
Suraxanı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.BAKU.WS-in Oxu.Az-a istinadən verdiyi xəbərə görə, Əmircan qəsəbəsində keçirilən yas mərasimindən sonra 5-6...