Bacısını qoruyan 23 yaşlı gənc öldürüldü - Dəhşətli qətlin TƏFƏRRÜATLARI
21
iyn
2019
13:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Bakı şəhər Suraxanı rayonu Yenu Suraxanı qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları üzə çıxıb.BAKU.WS publika.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı cinayətin qısqanclıq zəminində baş verdiyi məlum olub. Ərəsov Müşfiq Etibar oğlu həyat yoldaşını və qaynını qısqanclıq zəminində bıçaqlayıb.Belə ki, dənizdə işləyən Müşfiq ayın yarı hissəsini işi ilə əlaqədar evində olmurmuş. O, son vaxtlar dənizdən evə gələndə həyat yoldaşı, 28 yaşlı Zülfiyyə ilə qısqanclıq zəminində mübahisələr edirmiş. Həyat yoldaşının hərəkətlərindən şübhələndiyini deyən Müşfiq heç bir konkret səbəb gətirmədən evdə dava-dalaş salırmış.Nəhayət, dünən söz-söhbətdən bezən və 2 azyaşlı uşaq anası olan Zülfiyyə evi tərk edərək Yeni Suraxanıda bacısının evinə gəlib. Onun arxasınca isə Müşfiq bıçaq götürərək baldızının evinə gəlib. Bu zaman evin qarşısında onu qayını 23 yaşlı İsmayılov İbrahim qarşılayıb. O, yeznəsinə bacısını öldürməyə imkan verməyəcəyini deyib və həyəti tərk etməsini tələb edib.Əsəblərinə hakim ola bilməyən Müşfiq özü ilə gətirdiyi bıçaqla həm 23 yaşlı qaynını, həm də həyat yoldaşını öldürmək qərarına gəlib. O, bacı və qardaşa çoxsaylı bıçaq zərbələri endirib. Ürək nahiyəsindən ağır xəsarət alan İbrahim hadisə yerində ölüb, Zülfiyyə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, M.Ərəsov tutularaq istintaqa təhvil verilib.Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda dəhşətli əməl törədən qısqanc kişi – "Mənə hörmət etmirdi"
Bakıda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, ötən gecə Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseyno...