Yas mərasimində dava düşdü: bir nəfər bıçaqlandı

03
sen
2019
23:34
Suraxanı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.BAKU.WS-in Oxu.Az-a istinadən verdiyi xəbərə görə, Əmircan qəsəbəsində keçirilən yas mərasimindən sonra 5-6 nəfər gənc arasında mübahisə yaranıb.Tərəflər arasında baş verən kütləvi dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.5-6 nəfər şəxs arasında baş verən davada 1999-cu il təvəllüdlü Salmanov Sabir Qəhrəman oğlu tərəflərdən birinə bıçaqla xəsarət yetirmək istəyərkən özünü yaralayıb. Yaralı dərhal xəstəxanaya müraciət edib. Ona sağ əlin kəsilmiş yarası diaqnozu qoyulub.İlkin məlumata görə, hadisə qan davası olan şəxslər arasında baş verib. Tərəflər yas mərasimindən sonra görüşüb. Bu zaman onlar arasında dava baş verib.Hadisənin təfərrüatı Suraxanı Rayon Polis İdarəsində araşdırılır.Kamil Əmirli
Oxşar xəbərlər
Bakıda kütləvi dava - 1 nəfər bıçaqlandı
Bakının Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.Hövsan qəsəbəsində bir neçə nəfər dost arasında yaranmış mübahisə kütləvi davaya çe...
