“Boko Haram” 150 nəfəri qətl etdi
"Boko Haram” terror təşkilatı Nigeriyada kəndlərdən birinə hücum edib.
BAKU.WS-in məlumatına görə, hadisə zamanı təxminən 150 adam qətl edilib. Ölənlərdən bəziləri terirorçular tərəfindən vurulub, qalanları isə silahlılardan canlarını qurtarmaq üçün çaya tullanaraq boğulublar.
Modu Balumi adlı bir kənd sakini hadisə ilə bağlı danışıb: "Çox sayda insanı vurub öldürdülər. Bir çox adam da canını qurtarmaq üçün özünü çaya atdı, ancaq boğuldular. Silahlı şəxslər boğulmaq üzrə olan kəndliləri qurtarmağa çalışan bir balıqçını da vurdu", - deyə o söyləyib.
Kəndin telefon xətləri öncədən terroristlər tərəfindən söküldüyü üçün hücum vaxtı kənd sakinləri aidiyyatı orqanlara məlumat verə bilməyiblər.
Ayşən Ayxan
Oxşar xəbərlər
Ağdaşda 35 yaşlı kişi özünü güllələdi
Ağdaş rayon Yenicə Kənd sakini 1980-cı il təvəllüdlü Qurban Mirzəquliyev özünü öv tüfəngindən açdığı atəş zamanı yaralayıb. BAKU.WS-in məlumatına görə, təcili...