Beyləqanda asfalt daşıyan “KamAZ” aşıb
08
avq
2021
14:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan rayonu ərazisində “KamAZ” markalı yük avtomobili aşıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində baş verib.
“KamAZ” markalı yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitəsinin yük yerində olan asfalt yola dağılıb.
Nəticədə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.
Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.
Oxşar xəbərlər
Bakıda kranın aşması zamanı ölən şəxsin görüntüləri - YENİLƏNİB - VİDEO
Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində həyatını itirən şəxsin görüntüləri yayılıb. Həmin görüntülər BAKU.WS-in "qaynar xətt"inə göndərilib....