"BakuBus"ın sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb

BakuBusın sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb
Hadisə 427

"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi "BakuBus" MMC-yə məxsus "BMC" markalı 141 nömrəli marşrut avtobusu ilə hərəkətdə olarkən piyada yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə Q.İ.Dadayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı Yasamal Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər