“BakuBus” avtobuslarının qəza anları – VİDEO
13
iyn
2018
11:56
Bəzi sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini “BakuBus” MMC-yə məxsus avtobusların yoluna çıxararaq təhlükəli vəziyyətlər yaratması narahatlıq doğurur. “BakuBus” MMC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şirkətə məxsus avtobusları idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar “BakuBus” MMC-yə müraciət edirlər. “BakuBus” MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, 24 may 2018-ci il tarixində saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb. Həmçinin, 29 may 2018-ci il tarixində saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində oxşar hadisə baş verib. “BakuBus” MMC bütün sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə, idarə etdikləri nəqliyyat vasitələrini avtobusların hərəkət zolağına çıxarmamağa və təhlükəli vəziyyətlər yaratmamağa çağırır. 24.05.2018 və 29.05.2018-ci il tarixlərində “BakuBus” MMC-yə məxsus avtobusların yolunda yaranan təhlükəli vəziyyətlərə dair görüntüləri təqdim edirik: BAKU.WS
Oxşar xəbərlər
"BakuBus"un avtobusu piyadanı belə vurdu (VİDEO)
"BakuBus" MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb.Qurumdan verilən məlumatda deyilir ki, mayın 22-si saat 23.30 r...