“BakuBus”a məxsus avtobusda itən uşaq tapılıb

“BakuBus”a məxsus avtobusda itən uşaq tapılıb
Hadisə 1117
 

Bu gün saat 16.05 radələrində "BakuBus”a məxsus 2 nömrəli xətt üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.

BAKU.WS-in məlumatına görə, dərhal aidiyyatı orqanlara, həmçinin "BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində "BakuBus” tərəfindən məlumat ötürülüb.

Təxminən 16.50 radələrində uşağın nənəsi "BakuBus”a məxsus 1 nömrəli avtobusun "28 May” metro stansiyası dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtobusda tapılan noutbuk sahibinə verildi (FOTO)

Bakıda avtobusda tapılan noutbuk sahibinə verildi (FOTO)

Bir neçə gün öncə "BakuBus”a məxsus Hava Limanı ekspress xətti üzrə hərəkət edən avtobusda xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro noutbuk...

2118 Hadisə 15:06 12 iyul 2017

Son xəbərlər